Nadir Qafarzadə: “Elçi gedəndə oğluma dedim ki, üzümü qara etmə”
Müğənni Nadir QafarzadəMüğənni Nadir Qafarzadə gənclərin evliliyə münasibəti və şəxsi övladlarının evliliyi ilə bağlı şəxsi fikirlərini bölüşüb.
Patrulaz.az xəbər verir ki, sənətçi bu barədə “Xəbərin var?” verilişində çıxışı zamanı deyib:
“Gənclər ailə qurmağa hazır deyillər. Oğlumun ikisi də evlidir, amma mən gəlinlərimi tanımamışam. İkisi də xanımını özü seçib. Birlikdə yaşayacaq insan onlardır. Əlbəttə ki, yaxşı müdaxiləm, məsləhətim olub”.
Nadir Qafarzadə ailə qurarkən əsas meyarın səmimi münasibət və hazırlıq olduğunu vurğulayıb:
“Biz ad xatirinə, kiməsə acıq vermək şərti ilə ailə qurmamalıyıq. İnsan ailə qurmağa hazır olmalıdır. Bu, oyun deyil. Qadın və kişinin kaprizinə görə uşaqlar travma alırlar. Oğlan və ya qız ailə qurmağa hazır deyilsə, kiminsə uşağını bədbəxt etməsin”.
Müğənni bildirib ki, elçilik zamanı oğluna da açıq şəkildə xəbərdarlıq edib:
“Elçi gedəndə oğluma dedim ki, üzümü qara etmə. O qızı da bədbəxt etmə”.
Qeyd edək ki, Nadir Qafarzadə tez-tez ailə dəyərlərinə dair fikirləri ilə ictimai diqqət çəkir.






