media-inshot_20250910_211311298

NATO-nun baş katibi Mark Rutte Rusiyanın pilotsuz təyyarələrlə Polşanın hava məkanını pozmasından sonra Putinə təhdid dolu mesajlar göndərib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO rəsmisi Rusiyanın hücumunun təkcə Polşa üçün deyil, Hollandiya, İtaliya və digər NATO ölkələri üçün ciddi bir təhlükə olduğunu bildirib. Rutte buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putinə qarşı hazır vəziyyətdə olduqlarını açıqlayıb:

“Putinə mesajım aydındır: Müttəfiqlərin hava məkanını pozmağı dayandırsın. Bilin ki, biz hazırıq, tətikdəyik və NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”,-deyə NATO rəsmisi bildirilib.

Rutte, həmçinin Rusiya-Ukrayna müharibəsində Kiyevi dəstəkləməyi davam etdirildiyini, Rusiyanın Ukraynada təhlükəli təcavüzkar müharibə apardığını, ardıcıl olaraq mülki əhalini və mülki infrastrukturu hədəfə aldığını və Rusiyanın artan hücumları qarşısında NATO müttəfiqlərinin Ukraynaya dəstəyi artırmaqda qərarlı olduğunu bildirib. NATO rəsmisi bu barədə də Rusiyaya mesajlar verib:

“Ukraynada müharibə dayandırılsın. Hazırda ilk növbədə günahsız mülki şəxslərə və mülki infrastruktura qarşı yönəlmiş müharibənin gücləndirməsi dayandırılsın”.

Xatırladaq ki, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya ordusuna məxsus zərbə dronları Ukrayna sərhədini keçərək Polşanın hava məkanına daxil olub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər