NATO Rusiya sərhədlərində təlimlərə başladı - VİDEO
Finlandiya avqustun 25-dən ABŞ və Avropa hərbçiləri ilə birgə “Cənubi Qriffin 25” adlı hərbi təlimlərə start verib.
Patrulaz.az Finlandiya Quru Qoşunlarının məlumatına istinadən xəbər verir ki, sentyabrın 12-dək davam edəcək manevrlərdə 1,6 minədək hərbçi iştirak edir. Təlimlər ölkənin bütün ərazisini əhatə etməklə, quruda, dənizdə və hava məkanında aparılır.
Manevrlərin əsas məqsədinin NATO-nun xüsusi təyinatlı qüvvələrinin Şimali Avropa şəraitində birgə əməliyyat imkanlarını sınaqdan keçirmək olduğu bildirilir.
Xatırladaq ki, Finlandiya 2023-cü ildə rəsmi olaraq NATO-ya qoşulub və alyansla hərbi əməkdaşlığını sürətləndirib.
Qeyd edək ki, təlimlər Rusiya sərhədinə yaxın ərazilərdə keçirilir və Moskvanın mövqeyi ilə bağlı hələlik hər hansı açıqlama verilməyib.
Gülbəniz Səfərova






