Naxçıvanda 2 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib - FOTOLAR
Naxçıvanda iki avtomobilin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Patrulaz.az “BakuTV”yə əsasən xəbər verir ki, hadisə Naxçıvan- Sədərək magistralının Kəngərli rayonu ərazisindən keçən hissəsində baş verib.
Qəza nəticəsində 2 nəfər ölüb.
Belə ki, “NAZ Lifan” markalı avtomobillə “Qazel” markalı avtomobil toqquşub. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.