media-xxjd5nvuiz34sjmjciqh8hd5ru2uzbkj22uvxh4h_1200-1

Naxçıvanda fəaliyyət göstərən “Kassap Döner” adlı dönərxanada son 20 gün ərzində ikinci dəfə kütləvi qida zəhərlənməsi baş verib.

Patrulaz.az “Oxu.Az”a əsasən xəbər verir ki, hadisə barədə məlumat Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Qida Təhlükəsizliyi Agentliyinə daxil olub. İyunun 9-da Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən dönərxanada 17 nəfərin zəhərlənməsi ilə bağlı təcili tədbirlər görülüb.

Agentlik məsələ barədə bildirilib:

“Bu zaman müəssisənin fəaliyyəti müvəqqəti dayandırıldı, tamamilə bağlanmadı. Araşdırmalar nəticələri məlum olandan sonra, müəssisə nöqsanları aradan qaldırdıqdan sonra fəaliyyətə icazə verilir. Təbii ki, baş verən hadisəyə görə sözügedən müəssisə İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələnir”.

Agentlik tərəfindən dərhal şübhəli məhsulların toxunulmazlığı təmin olunub, dönərxananın fəaliyyəti dayandırılıb və araşdırmalara başlanılıb.

Qeyd edək ki, mayın 22-də də həmin dönərxanada analoji hal qeydə alınmış, yeddi nəfər dönərdən zəhərlənmişdi.


Bənzər xəbərlər