media-retouch_2025060811581219

Tamada-şairə Nazilə Səfərli təhsil sistemində rüşvət hallarına münasibət bildirərək sosial şəbəkədə səsləndirdiyi sərt fikirlərlə gündəmə gəlib. O, müəllimlərin bu proseslərə səssiz qalmasını tənqid edib.

Patrulaz.az “Musavat.com”a istinadla xəbər verir ki, Nazilə Səfərli valideynlərin də məsuliyyətə cəlb olunmasını istəyib:

“Yaxşı oxuyan şagirdin valideyni rüşvət verməz! Hər dəfə müəllimləri cəzalandırırlar. Ay müəllimlər, o keçdiyiniz dərslərdən birini də özünüzə keçsəydiniz, valideynlər yığışıb sizə dərs keçməzdi. Rüşvət verən valideynlərə bir müəllim həbs tələbi irəli sürsəydi, bu oyunlar olmazdı. Yəni, mənim ağlıma gələn fikir bir müəllimin ağlına gəlməyib?”

Səfərli eyni zamanda müəllimlərin cəmiyyətə örnək olmalı olduğunu vurğulayıb:

“Biz uşaq olanda elə bilirdik ki, müəllim yemək yemir, yatmır. İndi uşaqlar sizə rüşvət yedirir, həbsə salır. İnnovasiya budur? Həbs tələb edin, müəllimlər özləri həmin valideynləri ictimailəşdirsini! Amma yox, göz doymur axı… Rüşvət alan da, verən də, təklif edən də cinayətkardır!”

Qeyd edək ki, son günlər Tovuz rayonu, Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbində müəlliməyə valideynlər tərəfindən zinət əşyası alınması ilə bağlı yayılan görüntülər ictimaiyyətdə ciddi narazılığa səbəb olub. Hadisədən sonra həmin müəlliməyə sadəcə töhmət verilməsi isə sosial mediada birmənalı qarşılanmayıb.


Bənzər xəbərlər