Nə üçün 40 yaşı qeyd etməməliyik? – Səbəblər
40 yaşın qeyd edilməməsi Azərbaycanda və bəzi türk və müsəlman xalqlarında yayılmış köhnə bir batil inancdır. Bu inanca görə, ölən şəxsin 40-ı çıxarılarkən, mistik hesab olunan 40 rəqəminin uğursuzluq gətirməsi və ya qəbiristanlıqla əlaqəsi olduğu düşünülür. Lakin bu, nə dini, nə də elmi əsasları olan bir şeydir, sadəcə insanlar arasında yayılmış mifdir. Əslində, 40 yaş insan ömrünün kamillik mərhələsi kimi də qəbul edilir.
Bəs əsl səbəb nədir?
Patrul.az mövzu ilə bağlı araşdırma aparıb.
40 rəqəmi ilə bağlı digər müəmmalar:
- Hədislərdən birində deyilir ki, günahkar insan 40 yaşına çatıb tövbə etməsə və mənəviyyatsız həyatını davam etdirsə, bundan sonra nicat tapmasına inanılmır.
- İnsan yediyi hər bir qidanın qalıqları bədənində 40 gün qalır və yalnız bu müddətdən sonra həmin qidanın təsiri tamamilə bədəndən çıxır.
- Hər kim 40 gün ərzində ət xörəyi yeməsə, xasiyyəti pisləşər. Buna görə məsləhət görülür ki, bədxasiyyətli adama ət xörəyi yedizdirilsin.
- İnsan bu həyatdan köçdükdən sonra onun ruhu 40 gün yer üzündə dolaşır.
- Yəhudilər səhrada 40 il məskunlaşmaq üçün torpaq axtarıblar.
- Doğuşdan sonra hər qadın tam təmizlənmək üçün 40 gün gözləməlidir.
Əslində necədir?
- Batil inancdır: İlahiyyatçılar və psixoloqlar bunu mövhümat hesab edirlər, çünki dini və elmi cəhətdən 40 yaşın qeyd edilməməsi üçün heç bir əsas yoxdur.
- Kamillik yaşı: Həzrəti Musanın (ə) 40 yaşında kamilliyə çatması kimi ayələr bunu yeni bir başlanğıc kimi göstərir. Əgər 40 yaşınızı qeyd etməkdən qorxursunuzsa, bunu uğursuzluq kimi deyil, həyatın yeni mərhələsi kimi qəbul etmək lazımdır.
Ləman Sərraf






