"Necə sağ qalır, bilmirəm" - ABŞ Səhiyyə Naziri Trampın zərərli qidalarla qidalanmasından danışdı
ABŞ-nin səhiyyə naziri Robert F. Kennedi ölkə Prezidenti Donald Trampın zərərli qidalanma vərdişləri ilə bağlı diqqətçəkən açıqlama verib.
Patrul.az xəbər verir ki, podkast aparıcısı Keti Millerin suallarını cavablandıran Kennedi “Ən sağlam olmayan yemək vərdişlərinə sahib kimdir?” sualına “Prezident” cavabını verib.
Kennedinin sözlərinə görə, Donald Tramp əsasən hamburger, xırtıldayan toyuq və pəhriz kolası ilə qidalanır.
“Trampda maraqlı olan odur ki, o, daim zərərli qidalar yeyir. Məşhur fast-food şəbəkələrindən hamburgerlər, çoxlu şəkərli məhsullar qəbul edir və davamlı olaraq pəhriz kolası içir”, – deyə nazir bildirib.
Kennedi bu cür qidalanmaya baxmayaraq Trampın sağlam qalmasını heyrətləndirici hesab etdiyini vurğulayıb:
“Onun bu şəkildə necə sağlam qaldığını bilmirəm”.
Nazir əlavə edib ki, Prezidentlə səyahət edən zaman bütün gün ərzində onun özünü zərərli qidalarla “zəhərlədiyi” təəssüratı yaranır.
Buna baxmayaraq, Robert F. Kennedi Donald Trampın kifayət qədər güclü və dözümlü bədən quruluşuna malik olduğunu da qeyd edib.






