Nəhəng asteroid Yerə yaxın keçəcək - çılpaq gözlə görünəcək
Nəhəng asteroid Yerə yaxınlaşır.
Patrul.az xəbər verir ki, NASA-nın açıqlamasına görə, “99942 Apophis” adlı səma cismi 2029-cu ildə Yerə təxminən 32 min kilometr məsafədən keçəcək.
Mütəxəssislər bildirirlər ki, bu ölçüdə asteroidin planetimizə bu qədər yaxınlaşması olduqca nadir – təxminən min ildə bir dəfə baş verən haldır.
Ən maraqlı məqam isə bu asteroidin teleskop vasitəsilə asanlıqla görünə bilməsidir.
Məlumata görə, həmin vaxt bəzi qaranlıq ərazilərdə bu nadir hadisə çılpaq gözlə görünəcək qədər parlaq olacaq.
Tədqiqatçılar hazırda səma cisminin quruluşunu və cazibə xüsusiyyətlərini öyrənmək üzərində çalışırlar.
Bildirilib ki, əvvəllər bu asteroidin Yerə toqquşma ehtimalı nəzərdən keçirilsə də, hazırkı hesablamalara görə, ən azı növbəti 100 il ərzində planetimiz üçün heç bir təhlükə yaratmır.
Gülbəniz Səfərova






