Nərimanovda “İmperia” restoranının gecə səs-küyü sakinlərin narazılığına səbəb olub - VİDEO
Nərimanovda yerləşən “İmperia” restoranından gələn səs-küy sakinlərin narazılığına səbəb olub.
Patrul.az-a müraciət edən sakinlər bildiriblər ki, Nərimanov rayonunda fəaliyyət göstərən “İmperia” restoranında gecə saatlarına qədər yüksək səslə musiqi səsləndirilir. Şikayətçilərin iddiasına görə, obyekt faktiki olaraq gecə klubu kimi fəaliyyət göstərir və yaşayış binasının zirzəmisində yerləşdiyi üçün musiqinin səsi mənzillərə birbaşa yayılır.
Sakinlər qeyd ediblər ki, davamlı səs-küy onların gecə istirahətinə ciddi maneə yaradır. Xüsusilə də gecə yarısından sonra səsin daha da artması son günlər vəziyyəti daha da gərginləşdirib.






