Nərimanovda yerləşən restoranda müştəri narazılığı - menyuda 11-12, masada isə 7 “gürzə” - FOTO
Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Nils Family Restaurant” adlı restoran ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Patrulaz.az-a müraciət edən izləyicimizin sözlərinə görə, o, restorana daxil olaraq menyudan Azərbaycan milli mətbəxinə aid “gürzə” yeməyi sifariş edib. Menyuda göstərilən şəkil və təsvirə əsasən, müştəriyə 11-12 ədəd gürzə və yanında göyərti təqdim edilməli imiş. Lakin sifariş masaya gəldikdə, yalnız 7 ədəd balaca gürzə təqdim olunub.
İzləyici bildirir ki, yeməyin qiyməti 14 manat olub və bu məbləğə göstərilən porsiyanın verilməsi həm qiymət, həm də xidmət baxımından haqsızlıq hesab olunur:
“Menyudakı şkildə 11-12 ədəd göstərilib. Amma masaya cəmi 7 dənə balaca gürzə gətirdilər. Nə göyərti var idi, nə də şəkildə göstərilən tərtibat.”
Belə hallar iaşə obyektlərində müştəri etimadına zərbə vurur və “istehlakçının aldatılması” kimi qiymətləndirilə bilər. Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qaydalarına əsasən, menyuda təqdim edilən məhsulun təsviri və miqdarı ilə müştəriyə təqdim olunanın fərqli olması qanun pozuntusu sayılır.
Məsələ ilə bağlı Patrul.az “Nils Family Restaurant” rəhbərliyinin mövqeyini dərc etməyə hazırdır.







