Nəsrin Cavadzadə bu paylaşımı ilə azərbaycanlı izləyicilərin tənqidinə tuş gəldi
Uğurlu aktrisa Nəsrin Cavadzadə son olaraq rol aldığı “Sandıq Qoxusu” serialında izləyici qarşısına çıxmışdı. Gözəl aktrisa bu dəfə isə ekranla deyil, sosial mediada etdiyi paylaşımla gündəmə gəlib.
Patrulaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cavadzadənin kürək dekolteli fotolarını izləyiciləri ilə paylaşması və paylaşımına “Azeri görl” (Azəri qız) qeydi yazması xüsusilə azərbaycanlı izləyicilər tərəfindən etirazla qarşılanıb.
Özünü “Azeri görl” kimi təqdim edən Cavadzadəyə Azərbaycan köklü bir çox izləyicisindən iradlar gəlib. Şərhlərdə “Azəri” ifadəsinin yanlış və aşağılayıcı bir adlandırma olduğu vurğulanıb və “Biz Azərbaycan Türküyük, Azəri deyilik” şəklində düzəlişlər edilib. Yorumlar arasında “Özünü təqdimetmə tərzinə diqqət et”, “‘Azəri’ termini rusların bizə verdiyi addır” kimi tənqidlər də yer alıb.
Ləman Sərraf






