Netanyahu: "İrana qarşı bütün zəruri hazırlıq işlərini aparırıq"
İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı hazırlıqlar görüldüyünü açıqlayıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Netanyahu bu barədə Qüdsdə Yunanıstan və Kipr liderləri ilə birgə keçirilən mətbuat konfransı zamanı danışıb.
“Biz vəziyyəti izləyirik və bütün zəruri hazırlıq işlərini aparırıq. İrana açıq şəkildə çatdırmaq istəyirəm ki, İsrailə qarşı istənilən hərəkət son dərəcə sərt cavabla qarşılanacaq”, – deyə o vurğulayıb.
Netanyahu, həmçinin, Tehranın nüvə fəaliyyətinin ABŞ Prezidenti Donald Trampla müzakirə olunacağını bildirib:
“İsrail İranın son təlimləri barədə məlumatlıdır və Tehranın nüvə fəaliyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə olunacaq”.






