Netanyahu: “İsrailin İrana hücumu dünyanı təəccübləndirdi”
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İrana qarşı apardığı hərbi əməliyyatın beynəlxalq ictimaiyyəti təəccübləndirdiyini bildirib.
Patrulaz.az xəbər verir ki, Netanyahu bu fikirləri “Trigger Me Not” podkastına verdiyi müsahibəsində səsləndirib.
Baş nazir İranın bölgədəki dağıdıcı fəaliyyətlərinə və proksi qüvvələrə verdiyi dəstəyə toxunaraq, 2024-cü il oktyabrın 7-də HƏMAS tərəfindən edilən hücumdan sonra İsrailin sürətli şəkildə toparlandığını vurğulayıb.
Netanyahu əlavə edib ki, həmin dövrdə strateji qərar qəbul olunub:
“İsrail reaksiya verib HƏMAS-ı məhv etməli, ardınca Hizbullahı və Əsəd rejimini hədəfə almalı, sonra isə çox sərt zərbə ilə İranı vurmalı idi – bu, dünyanı təəccübləndirəcək şəkildə həyata keçirilməli idi”.
Gülbəniz Səfərova






