media-inshot_20250718_115247043

ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Patrulaz.az “TASS”a istinadla xəbər verir ki, danışıqların əsas mövzusu İsrail ordusunun Qəzza zolağında yerləşən katolik kilsəsini atəşə tutması olub.

Ağ Evin mətbuat katibi Karolin Leavitt isə hücumu “səhv” adlandırıb. Netanyahu da Trampla söhbətində həmin hücumun səhv nəticəsində baş verdiyini qəbul edib.

İsrail Müdafiə Qüvvələrinin yaydığı açıqlamada qeyd olunub ki, ərazidə əməliyyat zamanı atılan mərmi qəlpələri səhvən kilsəyə tuş gəlib.

Xatırladaq ki, iyulun 17-də Qəzzada yerləşən yeganə katolik kilsəsinə edilən hücum nəticəsində üç nəfər həlak olub, doqquz nəfər isə yaralanıb. Həlak olanlar arasında dini icmanın keşişi də olub.


Bənzər xəbərlər