Netanyahunun əmrindən sonra Qəzzaya zərbələr endirildi - VİDEO
Atəşkəsdən sonra İsrail əsgərləri Qəzzaya zərbələr endirib.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Qəzzaya zərbələr İsrailin baş naziri Benyamin Netanyahunun əmrindən sonra həyata keçirilib. Belə ki, Netanyahu Qəzzaya hücum əmrini HƏMAS-ın atəşkəs razılaşmasını pozmasına cavab olaraq verdiyini açıqlayıb.
Xatırladaq ki, oktyabrın 13-də Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı yekun saziş imzalanıb.
Qeyd edək ki, 2023-cü il 7 oktyabr tarixində başlayan İsrail-Fələstin müharibəsi nəticəsində 68,500-dən çox fələstinli həlak olub, 170,395 nəfər yaralanıb.
HƏMAS-ın İsrailə hücumları nəticəsində isə İsraildə 1,139 nəfər həyatını itirib, 200 nəfər isə əsir götürülüb.
Gülbəniz Səfərova






