Netanyahunun Qəzza planına ETİRAZ: Almaniya İsrailə silah ixracını dayandırdı
İsrailin Qəzzanı tamamilə işğal etmə planı beynəlxalq ictimaiyyətdə ciddi narazılıqla qarşılanıb.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya kansleri Merz hökumətinin Qəzzadakı hərbi əməliyyatları tənqid edərək, mülki əhalinin əziyyətindən dərin narahatlıq keçirdiklərini bildirib. Bununla yanaşı, Berlin İsrailə silah ixracını müvəqqəti dayandırıb.
Hollandiya Xarici İşlər naziri Veldkamp isə bu qərarın səhv olduğunu bildirərək, Qəzzanın fələstinlilərə aid olduğunu açıqlayıb. O, Netanyahunun işğal planını “yanlış addım” adlandıraraq, atəşkəsə, humanitar yardıma və girovların azad olunmasına çağırıb.
Xatırladaq ki, İsrailin Təhlükəsizlik Kabineti 10 saatlıq qapalı iclasdan sonra Qəzza şəhərinin işğalına razılıq verib.
Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ümumlikdə 61 min 158 nəfər həyatını itirib, 151 min 442 nəfər isə yaralanıb.






