Netanyahuya qarşı sui-qəsddə şüphəli bilinən 70 yaşlı qadın saxlanıldı
İsrailin Tel-Əviv şəhərində yaşayan 70 yaşlı qadın baş nazir Benyamin Netanyahunu partlayıcı qurğu ilə öldürməyi planlaşdırmaqda ittiham olunaraq saxlanılıb.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, qadın Netanyahuya qarşı təhlükəsizlik məlumatları toplamağa və partlayıcı əldə etməyə çalışıb. O, daha əvvəl nümayişlərdə də iştirak edib.
Hazırda qadın barəsində “terror aktı hazırlamaq və sui-qəsd təşkil etmək” ittihamı ilə cinayət işi hazırlanır.
Gülbəniz Səfərova






