media-inshot_20250829_163055307

Ağcaqanadların bəzi insanları daha çox sancması təsadüfi deyil, elm bunun bir neçə səbəbini açıqlayır.

Patrulaz.az bu səbəbləri təqdim edir:

İlk növbədə, insanın qan qrupu rol oynayır – xüsusilə I (birinci) qan qrupuna sahib olanlar bu həşəratlar üçün daha çox cazibədar olur.

Digər tərəfdən, bədən istiliyi və tərləmə də təsirlidir. Tez tərləyən, idman edən və ya bədəni isti olan insanlar ağcaqanadlara daha çox cəlbedici gəlir. Üstəlik, nəfəs alarkən buraxdığımız karbon qazı miqdarı da vacibdir – hündürboy və ya artıq çəkili insanlar daha çox karbon qazı ifraz etdiyindən tez-tez hədəfə çevrilirlər.

Həmçinin dərinin qoxusu, genetik faktorlar və dəridəki bakteriya balansı da ağcaqanadların seçimində rol oynayır. Ona görə bəziləri hər yay ağcaqanad sancısından əziyyət çəkir, digərləri isə demək olar ki, hiss etmir.

Ləman Sərraf


Bənzər xəbərlər