Norveç buzlaqlarında 5 gün susuz qalan turist şokoladla həyatda qaldı
Norveçin ucqar dağlıq ərazilərində 38 yaşlı amerikalı turistin buzlaqlar arasında həyatla mübarizəsi möcüzəvi şəkildə sona çatıb.
Patrulaz.az “Lenta.ru”ya istinadla xəbər verir ki, iqlim üzrə müxbir kimi fəaliyyət göstərən amerikalı turist Avropadakı buzlaqlara səyahət zamanı qəfil ayağını sındırıb və çətin relyefli dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.
O, beş gün boyunca nə su, nə də rabitə vasitəsi olmadan buzlaqların arasında sağ qalmağa çalışıb. Yalnız iki ədəd şokoladla həyatını davam etdirən turistin vəziyyəti kritik həddə çatıb.
Xilasedicilər onu hava yolu ilə aparılan axtarışlar zamanı aşkar ediblər. Müxbir açıqlamasında bildirib ki, günlərlə vertolyotların üzərində dövrə vurduğunu görüb, lakin bud sümüyü sındığı üçün reaksiya verə bilməyib.
Hazırda onun vəziyyəti sabitdir və müalicəsi davam etdirilir.
Gülbəniz Səfərova






