media-retouch_2025062719420459

Müğənni Nura Suri Bakının bir sıra qəsəbələrində, xüsusilə də Mərdəkan və Şüvalan ərazilərində aparılan tikinti proseslərini və daşınmaz əmlak bazarındakı qiymət artımını tənqid edib.

Patrulaz.az xəbər verir ki, sənətçi sosial media hesabında bu barədə sərt fikirlər səsləndirib:

“Mərdəkan, Şüvalan tərəfdə torpaq qalmayıb, hamısını alıb zövqsüz evlər tikib od qiymətinə satırlar. Bir adam da demir ki, niyə o zonanı belə bərbad günə qoymusunuz? Olmaz ki, bütün ölkələrdə olduğu kimi, hər şəhərin, bölgənin, kəndin bir dizayna uyğun görüntüsünü və rəngini əvvəldən hazırlasınlar və ev tikən insanlara bu layihəyə uyğun tikintiyə icazə verilsin? Heyif deyil o torpaqlar? Bu real olmayan qiymətləri kim təyin edir axı?”

Nura Suri paytaxt ətrafı ərazilərdə evlərin keyfiyyətsiz şəkildə və yüksək qiymətə satışa çıxarılmasından narazılığını da ifadə edib:

“2-3 makler gəzir ortalıqda, torpağı ucuz qiymətə alıb, 3-4 sotla bölüb, bir-birinə bənzər ucuz və keyfiyyətsiz materiallardan istifadə edib, zövqsüz evləri tikib 350 mindən 2 milyona kimi qiymətlərlə satırlar. Bu adamların arxasında duranların pulları var, amma insaf və zövqləri yoxdur”.

İfaçı zövqlü layihələrin də mövcud olduğunu, lakin qiymətlərin reallıqdan uzaq olduğunu bildirib:

“Zövqlü və bağlı şəhərciklər tikənlər də var, amma qiymətlər o qədər yüksəkdir ki, heç Amerikada və Avropada elə qiymətə ev və villalar yoxdur”.

Qeyd edək ki, sənətçinin bu çıxışı sosial şəbəkələrdə rezonans doğurub və bir çox istifadəçi onun fikirlərinə dəstək verib.


Bənzər xəbərlər