Məşhur aşpaz Nüsrət Gökçenin qardaşı ağır ittihamla həbs edildi - ŞOK TƏFƏRRÜATLAR
Dünyaca məşhur türkiyəli aşpaz Nüsrət Gökçenin qardaşı Özgür Gökçə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Patrul.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ö.Gökçə “uşaq fahişəliyinə kömək etmək” ittihamı ilə həbs olunub.
Məlumata görə, Küçükçekmece Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində yanvarın 30-da genişmiqyaslı əməliyyat keçirilib. İstintaqın gedişində əldə edilən yeni dəlillər əsasında aprelin 17-də reallaşan ikinci dalğa əməliyyatda fahişəliyə şərait yaratmaqda şübhəli bilinən daha 7 nəfər tutulub.
Aprelin 24-də nəzarətə alınan Özgür Gökçənin Türkiyə Cinayət Məcəlləsinin 227/1-ci maddəsi ilə (uşaq fahişəliyinə kömək etmək) cinayət törətdiyi müəyyən edilib.
Aprelin 27-də ifadəsi alınan şübhəli barəsində Sülh Cəza Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, həbsxanaya göndərilib.
Faktla bağlı istintaq davam edir.
Nüsret Gökçe kimdir?
Nusret Gökçe türkiyəli aşpaz, restoran sahibi və sosial media fenomenidir. O, xüsusilə 2017-ci ildə paylaşdığı “duzu dirsəkdən səpmə” hərəkəti (“Salt Bae”) ilə dünyada məşhurlaşıb.

Nusret Gökçe 1983-cü ildə Türkiyənin Ərzurum şəhərində anadan olub. Gənc yaşlarından ət ustası kimi çalışıb və zamanla öz restoran brendini yaradıb. Onun qurduğu Nusr-Et restoranlar şəbəkəsi Dubay, London, Nyu-York kimi şəhərlərdə fəaliyyət göstərir və əsasən bahalı steak yeməkləri ilə tanınır.
Gülbəniz Səfərova






