media-inshot_20251223_202249582

Tarixdə ilk dəfə əlil arabasında olan fiziki məhdudiyyətli qadın kosmosa səfər edib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, almaniyalı aerokosmik mühəndis olan Michaela Benthaus uçuşunu ABŞ-nin Texas ştatından həyata keçirilib.

“Blue Origin” şirkətinə məxsus “New Shepard” kapsulu ilə reallaşdırılan “NS-37” missiyası 10–11 dəqiqə davam edib.

Mühəndis 105 kilometr yüksəkliyə qalxaraq kosmosun astanası hesab edilən “Karman” xəttini keçib. Uçuş zamanı isə üç dəqiqədən çox müddətdə tam çəkisizlik şəraitində olub.

Məlumata görə, Michaela Benthaus astronavt olmaq arzusunu reallaşdırmaq imkanlarını araşdırarkən təqaüdçü kosmik mühəndislə onlayn əlaqə saxlayıb. Bu əməkdaşlıq nəticəsində milyarder Ceff Bezosun sahibi olduğu “Blue Origin kosmik turizm şirkəti ilə tarixi uçuş təşkil olunub.

Enişdən sonra “Blue Origin” tərəfindən yayımlanan videoda mühəndis təəssüratlarını belə bölüşüb:

“Bu, inanılmaz bir təcrübə idi. Təkcə mənzərə və çəkisizlik yox, yüksəlişin hər mərhələsi möhtəşəm idi. Yüksəlmə hissi nəfəskəsici idi”, – deyə o bildirib.

Qeyd edək ki, Michaela Benthaus Avropa Kosmik Agentliyində (ESA) aerokosmik mühəndis kimi fəaliyyət göstərir. O, 2018-ci ildə dağ velosipedi qəzası nəticəsində onurğa beyni zədəsi aldıqdan sonra əlil arabasına məhkum olub.

media-nejmwlfq

media-inshot_20251223_195436227 media-1766307078 media-90ae939064273d02272fb9aafaad848c-1 media-05c688b6d10df7e8c8e20ea20afbc37f media-3e9d8e170fbb8e0fe2982cd51e0d8ec0 media-screenshot_20251223_201636_facebook


Bənzər xəbərlər