media-inshot_20251210_081744026

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə müsbət fikirlər səsləndirib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp “Politico” onlayn qəzetinə müsahibəsində  NATO üçün çətin ölkələrin mövcudluğundan danışarkən misal kimi Türkiyəni göstərib.

Daha sonra Ərdoğanı “dostum” adlandıran Tramp onunla yaxşı anlaşdıqlarını bildirib. O vurğulayıb ki, NATO ölkələri Türkiyə ilə problem yaşadıqları hallarda ondan Ərdoğana zəng etməsini xahiş edirlər.

“Məndən zəng etməyimi istəyirlər. Mən də zəng edirəm və həmişə onlarla bir həll yolu tapıram”, – deyə o bildirib.

ABŞ lideri həmçinin Türkiyə prezidentini güclü lider adlandıraraq onun güclü dövlət qurduğunu vurğulayıb.

Avropa liderləri barədə də danışan Tramp  onların zəif olduqlarını, Rusiya–Ukrayna müharibəsinə son qoya bilmədiklərini qeyd edib:

“Ukraynadan danışırlar, amma heç nə çıxarmırlar və müharibə davam edir”, – deyə ABŞ lideri əlavə edib.

Gülbəniz Səfərova

 


Bənzər xəbərlər