“O pula 3 ev ala bilərdim”
Müğənni Zahidə Günəş “Öz aramızda” verilişində şəxsi həyatından və keçmişdə etdiyi israfçılıqdan bəhs edib.
Patrul.az “Milli.az”a istinadən xəbər verir ki, ifaçı xüsusilə bahalı kürklərə hədsiz meylli olduğunu etiraf edib.
O bildirib ki, vaxtilə aldığı kürklərə sərf etdiyi vəsaitlə bu gün ən az üç mənzil sahibi ola bilərdi:
“İndiki ağlım olsaydı, o qədər pul xərcləməzdim. Elə şubam olub ki, Azərbaycanda ondan heç kimdə yox idi. Xaricdən 8700 avroya almışdım. Ümumilikdə 7-8 təbii xəzim var. Amma Bakıda geyinmək olmur. Hava o qədər də soyuq deyil, maşın idarə edəndə də çətinlik yaradır”.
Müğənninin etiraf dolu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirə yaradıb.






