media-thumbs_b_c_96bc15ce1bc81d2b519e3cc5af8e54fd

ABŞ-nin keçmiş prezidenti Barak Obama “The New Yorker” jurnalına verdiyi geniş müsahibədə beynəlxalq aləmdə səs-küyə səbəb olacaq açıqlamalar verib.

Patrul.az xəbər verir ki, Obama İsrailin baş naziri Benyamin Netanyahunu ABŞ-ni İranla hərbi qarşıdurmaya sürükləməkdə ittiham edib.

Obamanın sözlərinə görə, Netanyahu İrana hərbi zərbə endirmək üçün on il əvvəl ona gətirdiyi arqumentlərin eynisini daha sonra Donald Trampa da təqdim edib.

Keçmiş prezident vurğulayıb ki, Netanyahu Tramp dövründə ABŞ-nin İranla nüvə sazişindən çıxmasına nail olmaqla öz istəyinə çatıb.

Netanyahunun hərbi planlarını sual altına alan Obama qeyd edib:

“Mən bunun İsrail xalqı üçün ən yaxşı seçim olub-olmadığını sorğulayardım. Eyni zamanda, bunun Amerika üçün də yaxşı seçim olduğuna şübhə edirəm”.

Donald Trampın İrana qarşı “bütün bir sivilizasiya bu gecə ölə bilər” ifadələrini tənqid edən Obama, birbaşa ad çəkməsə də, bu cür yanaşmanın Amerika dəyərlərinə zidd olduğunu bildirib. O, ABŞ liderliyinin yalnız eqoist maraqlara deyil, həm də digər ölkələrdəki günahsız insanların həyatına və insan ləyaqətinə hörmət üzərində qurulmalı olduğunu vurğulayıb.

Müsahibəsində II Dünya Müharibəsindən sonra qurulan beynəlxalq nizamın və NATO kimi ittifaqların böyük təzyiq altında olduğunu deyən Obama, müttəfiqlər arasında sarsılan etimadı bərpa etməyin daxili problemləri həll etməkdən daha çətin olacağı barədə xəbərdarlıq edib.


Bənzər xəbərlər