media-screenshot_20250629_235546_youtube

“Rusiya Federal təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən döyülən azərbaycanlılar xəstəxanada silahlı şəxslərin nəzarəti altında saxlanılır”.

Patrulaz.az xəbər verir ki, bunu öldürülən Ziyəddin və Hüseyn Səfərovların qardaşı Seyfəddin Hüseynli “Xəzər Xəbər”ə açıqlamasında bildirib.

O, əlavə edib ki, döyülən və reanimasiyada olan şəxslərin vəziyyəti ağırdır və onların hər hansısa bir şəxslə görüşünə Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən icazə verilmir.

Seyfəddin Hüseynli onu da bildirib ki, öldürülən qardaşlarının meyitləri üçün Rusiya tərəfindən təyin edilən saxta ekspertiza rəyi ilə razılaşmırlar və onların əsl ölüm səbəbini aydınlaşdırmaq üçün yeni rəyin təyin olunmasını tələb edirlər.

Seyfəddin Hüseynli eyni zmanda Yekaterinburqda həbs edilən azərbaycanlılar üçün keçirilən məhkəmə prosesi barədə də danışıb. Bildirib ki, bu qondarma məhkəmə prosesindən başqa bir şey ifadə etmir:

“Təssüflər olsun ki, soydaşlarımız üzərindən qondarma məhkəməs prosesi keçirilir. Bu prossesin keçirilməsi qaydası da Rusiyanın “dırnaqarası” hüquq mühafizə məhkəmə sisteminin nə qədər rüsvayçı bir sistemə malik olduğunu göstərir. Belə bir səs-küy salan məhkəmə prossesi jurnalistlərə və digər ictami nümayəndələrə qapalı keçirilir. Bu da ondan xəbər verir ki, Rusiya rejimi törətdiyi növbəti cinayətinin üstünü qapadmaq istəyir”.


Bənzər xəbərlər