media-6bad4c5e-a285-4aba-9c08-55b5bc1bcd09

“Cənab Prezident İlham Əliyev daim Qarabağa səfər edir. Ölkə başçısı Qarabağda həyata keçirilən bütün abadlıq, quruculuq prosesinə birbaşa özü nəzarət edir. Əslində dövlət rəhbərinin sıx və gərgin iş qrafikinə rəğmən işğaldan azad edilmiş bölgələrə tez-tez səfərlər etməsi, burada bir çox müəssisələrin, yaşayış binalarının açılışında birbaşa özünün iştirak etməsi mühüm əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, bu gün Qarabağda abadlıq, quruculuq prosesi ilə paralel şəkildə mərhələli formada uğurlu Böyük Qayıdış prosesi də həyata keçirilir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

media-img_6411
O bildirib ki, baş verən proseslər fonunda işğaldan azad edilmiş ərazilərimizə qayıdan məcburi köçkünlərimiz öz Ali Baş Komandanı, qalib liderini hər zaman öz yanlarında görürlər: “Xüsusi olaraq cənab Prezidentin Qarabağa etdiyi səfərlər fonunda təkcə açılışlarda iştirak etməməsi, eyni zamanda mütləq şəkildə sakinlərlə görüşməsi məqamına da diqqət yetirməliyik.

Bu gün ölkə başçısının Qarabağa səfərləri həm dosta, həm də düşmənə mesajdır”.


Bənzər xəbərlər