Ölkəmizdə pomidor ixracı qiymətli metalları da geridə qoydu
Azərbaycan pomidor ixracından qızıldan çox gəlir əldə edib.
Patrulaz.az xəbər verir ki, 2025-ci ilin ilk yarısında Azərbaycan kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən məhsul pomidor olub. Hətta bu məhsul qiymətli metallardan da önə keçib.
Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi iyul ixrac icmalında yer alıb.
Hesabata əsasən, cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 1,8 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artım deməkdir.
Qeyd edək ki, son illər ölkənin qeyri-neft sektoru üzrə ixrac strukturunda kənd təsərrüfatı məhsulları, xüsusilə də tərəvəzlər əhəmiyyətli yer tutur. Pomidor isə bu məhsullar arasında lider mövqeyini qoruyur və xarici bazarlarda tələbat yüksək olaraq qalır.






