media-inshot_20250610_102204865

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycanda ümumilikdə 230 yanğın hadisəsi qeydə alınıb.

Patrulaz.az xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, bayram günlərində Nazirlik gücləndirilmiş iş rejimində çalışıb. Məqsəd vətəndaşların təhlükəsizliyini təmin etmək, mühüm obyektlərdə baş verə biləcək fövqəladə hallara çevik müdaxilə etmək və nəticələri vaxtında aradan qaldırmaq olub.

Bayram günləri ərzində FHN-in “112” qaynar xəttinə daxil olan zənglər əsasında ümumilikdə 230 yanğın hadisəsinə müdaxilə olunub. Həmçinin 20 nəfərin köməksiz vəziyyətdə qalması, 2 yol-nəqliyyat hadisəsi və 2 intihara cəhd faktı üzrə əməliyyatlar həyata keçirilib.

Nazirliyin verdiyi məlumata əsasən,  görülən operativ tədbirlər nəticəsində yanğınlar qısa müddətdə söndürülüb, insanların həyatları xilas olunub. Ümumilikdə, bayram günlərində 8-i uşaq olmaqla 28 nəfər xilas edilib, 2 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 4 nəfərin isə meyiti aidiyyəti üzrə təhvil verilib.


Bənzər xəbərlər