Onlar 2025-ci ildə ən çox qol vuran futbolçular oldular - SİYAHI
Avropanın ən güclü 10 liqası üzrə 2025-ci ildə ən çox qol vuran futbolçuların siyahısı dərc edilib.
Patrul.az xəbər verir ki, siyahıya Fransa millisinin və PSJ-nin ulduzu Kilian Mbappe başçılıq edir. Hücumçu il ərzində keçirdiyi 56 oyunda 58 qola imza ataraq rəqiblərini geridə qoyub.
İkinci pillədə Almaniyada stabil çıxışı ilə diqqət çəkən Harri Keyn yer alıb. İngilis forvard 51 matçda 48 qol vuraraq yüksək məhsuldarlıq nümayiş etdirib.
Üçüncü sırada isə Portuqaliya çempionatında uğurlu mövsüm keçirən Vangelis Pavlidis qərarlaşıb. O, 58 oyunda 42 dəfə fərqlənib.
Siyahının davamı belədir:
4-cü yer – Erlinq Haaland (“Mançester Siti”): 41 oyun, 37 qol
5-ci yer – Viktor Osimhen (“Napoli”): 42 oyun, 37 qol
6-cı yer – Viktor Gyökeres (“Sportinq” Lissabon): 45 oyun, 34 qol
7-ci yer – Serhou Guirassy (“Borussiya Dortmund”): 49 oyun, 31 qol
8-ci yer – Usman Dembele (PSJ): 42 oyun, 29 qol
9-cu yer – Yussef En-Nesyri (“Fənərbağça”): 59 oyun, 29 qol
10-cu yer – Xulian Alvares (“Atletiko Madrid”): 51 oyun, 28 qol
11-ci yer – Ferran Torres (“Barselona”): 51 oyun, 27 qol
12-ci yer –Robert Levandovski (“Barselona”): 46 oyun, 27 qol
13-cü yer – Lautaro Martinez (“İnter”): 48 oyun, 27 qol
14-cü yer – Talişka (“Əl-Nəsr”): 48 oyun, 26 qol
15-ci yer – Meyson Qrinvud (“Marsel”): 42 oyun, 26 qol
Qeyd edək ki, 2025-ci il Avropa futbolunda hücum oyunçularının yüksək məhsuldarlığı ilə seçilib. Aparıcı klubların əsas bombardirləri mövsüm ərzində ardıcıl və stabil çıxışları ilə azarkeşlərin diqqət mərkəzində olublar.
Gülbəniz Səfərova






