media-inshot_20260210_174354727

Onlayn işləyənlərin sayı son illərdə xeyli artıb və bu sahədə vergi tələbləri də gündəmə gəlir. Yeni qaydalara görə, müəyyən hallarda onlayn fəaliyyət göstərən şəxslərdən vergi sistemi üçün ünvan təqdim etmələri tələb olunur.

Bu tələb qanuni hesab edilə bilərmi?

Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Patrul.az-a açıqlamasında bildirib ki, onlayn işləyən şəxslərdən vergi uçotu üçün ünvan tələb olunması qanunidir və bu məqsədlə fiziki ofis deyil, yaşayış ünvanının göstərilməsi kifayətdir:

“Onlayn işləyən şəxslərdən vergi uçotunda ünvan tələbinin qoyulması qanunidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33-cü maddəsi vergi ödəyicisinin uçota alınmasını nəzərdə tutur. Vergi uçotu zamanı şəxsin yaşayış yeri (fiziki şəxslər üçün) və ya hüquqi ünvanı (VÖEN olan subyektlər üçün) göstərilməlidir. Bu baxımdan ünvanın tələb edilməsi özü qanuna uyğundur, çünki vergi orqanı ilə rəsmi yazışmalar, bildirişlər və hüquqi məsuliyyət məsələləri məhz ünvanla bağlıdır. Onlayn işləyənlər üçün fiziki ofis ünvanı şərt deyil. Yaşayış ünvanı (qeydiyyatda olduğu yer) kifayət edir. Yəni ünvan istənilməsi – qanunidir, ünvan kimi yaşayış yerinin göstərilməsi isə kifayətdir”.

media-inshot_20260210_174058096

R.S.Abdullayeva onlayn işləyərlərdən vergi sistemində ünvan tələbi ilə bağlı xarici təcrübəni də qeyd edib. O, bildirib ki, ABŞ-də onlayn işləyənlərdən vergi sistemində yaşayış ünvanı tələb olunur, ofis ünvanı isə zəruri deyil:

“Ünvan identifikasiya və rezidentlik üçündür, fəaliyyət yeri kimi ofis axtarılmır. Böyük Britaniya, Almaniya, Fransada da onlayn işləyənlər üçün vergi qeydiyyatında yaşayış ünvanı keçərlidir. Bu, qonşu Gürcüstanda da belədir. Yəni, onlayn işləyənlərin vergi sistemində ünvan tələbi mütləqdir, lakin bu ünvan ofis ünvanı anlamına gəlmir. Yaşayış yeri kifayətdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər