“Onu yığışdır” - Zülfəli İsmayılovun vətəndaşa təhqiri gündəm oldu - VİDEO
Bakı Şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılovun vətəndaşı təhqir etdiyi anları əks etdirən görüntülər sosial şəbəkələrdə ictimai qınaq obyektinə çevrilib.
Patrulaz.az xəbər verir ki, yayılan videoda söküntü işləri aparılan ərazidə çəkiliş edən vətəndaşı görən Z.İsmayılov “onu yığışdır” deyə göstəriş verir. Vətəndaş isə buna cavab olaraq “yaxşı eliyirəm” ifadəsini işlədir.
Bundan sonra Z.İsmayılov qəzəblənərək vətəndaşa qarşı təhqiramiz ifadələr işlədir və ona hücum etməyə başlayır.
Sosial şəbəkələrdə yayılan görüntülər vətəndaşlar arasında narazılıqla qarşılanıb. Sosial media istifadəçiləri dövlət məmurlarının vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına riayət etməli olduqlarını vurğulayıblar.






