media-inshot_20260225_024124847

Keçmiş türk əsilli alman yarımmüdafiəçisi Məsud Özil maraqlı açıqlamaları ilə diqqət çəkib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin VAV TV kanalına qonaq olan Məsuda futbolla bağlı bir sıra suallar ünvanlanıb. O, sosial mediada geniş yayılmış “bu, yoxsa o?” trendinə qoşulub.

Trend zamanı ona “Kristiano Ronaldo, yoxsa Lionel Messi?” sualı verilib. Məsud Özil isə suala “Məncə Arda və Kənan” deyərək cavab verib.

Qeyd edək ki, məşhur türkiyəli futbolçulardan Kənan Yıldız hazırda “Yuventus” klubunda, Arda Güler isə İspaniyanın “Real Madrid” klubunda çıxış edir.

Məsud Özilin bu cavabı sosial şəbəkələrdə maraqla qarşılanıb və futbolsevərlər arasında geniş müzakirələrə səbəb olub.


Bənzər xəbərlər