media-inshot_20251002_225330466

Son günlər ölkəmizdə yol hərəkəti ilə bağlı yeni qaydalar diqqət çəkir. Təcili yardım, yanğınsöndürən və digər operativ maşınlar hərəkət edərkən, digər sürücülər onların yolunu açmaqla təhlükəsizliyə dəstək olurlar. Lakin qəbul edilmiş qərara görə, bu maşınların arxasınca hərəkət edib sürət həddini aşaraq bundan sui-istifadə edən sürücülərə 100 manat cərimə tətbiq olunur. 

Bəs bu qərar nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Patrulaz.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, qərar mübahisəlidir, sui-istifadəyə cərimə olunsa da, adi hallarda bu yol verilməzdir:

media-inshot_20251002_225000584

“Bu qərar mübahisəlidir. Çünki bəzən yanğınsöndürən və təcili yardım maşınlarının arxasınca xəstənin yaxınları, qohumları və ya hadisə yerinə tələsən heyət gedə bilər. Ola bilər ki, xəstənin yaxını təcili yardım maşınına minə bilməsin, amma arxada olan maşına minərək gedə. Həmçinin taksi də həmin istiqamətdə gələ bilər. Təbii ki, bu vəziyyətdən sui-istifadə halları olsa, cərimə tətbiq olunmalıdır. Lakin adi hallarda bu yol verilməzdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər