media-img_5274

“Orbita” MTK redaksiyamıza müraciət edərək Nizami rayonu, Şərifli 1B ünvanı ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib. Şirkət qeyd edir ki, həmin ərazidə nə köçürmə, nə söküntü, nə də tikinti işləri aparılır və bu istiqamətdə hər hansı fəaliyyət mövcud deyil.

MTK bildirir ki, Lallar və Karlar Cəmiyyəti ilə razılaşma əldə edilməsi, sakinlərin çıxarılması və yeni bina tikintisi barədə səsləndirilən fikirlər əsassız iddialardır və şirkətin işgüzar nüfuzuna zərər vurur.

Patrul.az olaraq qeyd edirik ki, yayımlanan material sakinlərin iddiaları əsasında hazırlanıb və xəbərin sonunda qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuz vurğulanmışdı. “Orbita” MTK-nın təqdim etdiyi bu təkzib şirkətin rəsmi mövqeyi kimi dərc olunur.


Bənzər xəbərlər