media-inshot_20260427_111420604

ABŞ Prezidentinin mətbuat katibi Kerolin Levitt Donald Trampa qarşı baş verən silahlı insidentdən bir neçə saat əvvəl verdiyi açıqlama ilə diqqət çəkib.

Patrul.az xəbər verir ki, Levitt “Fox News” telekanalına müsahibəsində Donald Trampın həmin gecə edəcəyi çıxışın “klassik Tramp üslubunda”, maraqlı və gülməli olacağını bildirib. O, çıxış zamanı Trampın kəskin tənqidlərinə işarə edərək məcazi mənada “otaqda bəzi atəş səsləri eşidiləcək” ifadəsini işlədib.

“Bu çıxış gülməli, maraqlı olacaq, bu gecə otaqda atəş səsləri eşidiləcək, ona görə də hər kəs qulaq asmalıdır. Bu, xüsusi bir şey olacaq. Bunu eşitməyi səbirsizliklə gözləyirəm”, – deyə o qeyd edib.

Xatırladaq ki, aprelin 25-i axşam saatlarında Vaşinqtonda yerləşən Hilton Hotelin bal zalında, Ağ Ev müxbirləri üçün təşkil olunan qala şam yeməyi zamanı silahlı insident baş verib. Hücumçu bir neçə dəfə atəş açıb.

Silah səslərindən dərhal sonra Məxfi Xidmət agentləri ABŞ Prezidenti Donald Trampı, birinci xanım Melaniya Trampı və vitse-prezident Ceyms Devid Vensi zaldan təxliyə ediblər.

Hadisə zamanı bir Məxfi Xidmət əməkdaşı gülləkeçirməz jiletindən yaralanıb və yüngül xəsarət alıb. Digər qonaqlar arasında xəsarət alan olmayıb.

Silahlı şəxs hadisə yerində saxlanılıb. Onun Kaliforniyadan olan 31 yaşlı Kol Tomas Allen olduğu müəyyən edilib.


Bənzər xəbərlər