media-img_1685

Azərbaycanda qeyri-neft sektorunun inkişafı həqiqətən vacibdir. Bu, ölkə iqtisadiyyatının diversifikasiyası, enerji sektorundan asılılığın azalması və ümumi iqtisadi sürətlənmə üçün strateji əhəmiyyətə malikdir. Bəs neftdən asılılığımızı sonlandırmaq üçün daha çox hansı sahələrin inkişafına diqqət ayrılmalıdır? Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Patrulaz.az-a fikirlərini bildirib:

“Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən, regionların inkişafı ilə bağlı bir neçə proqram qəbul olunub. Amma əsas məsələ yalnız prioritet sahələrin elan olunması deyil. Bundan əlavə həmin sahələrin inkişafı üçün xüsusi proqramlara ehtiyac var. Bizdə prioritet elan olunan sahələr turizm, aqrar sektor, İT və s.dir. Bütün bu sahələrin inkişafı üçün müəyyən təşviq proqramları, ucuz və uzunmüddətli kreditlərə çıxış imkanlarının olması vacibdir”.

media-f3e601f9-cf26-4c3c-8067-b4905cad10b0
Onun sözlərinə görə, mühüm olan iqtisadi azadlıqların genişləndirilməsi, düzgün vergi və gömrük sisteminin yaradılmasıdır ki, bundan sonra artıq vətəndaşların özləri də biznes yanaşması göstərə bilsin:

“Oyunun qaydaları şəffaflıqla hazırlanmalıdır. Bundan sonra hər şey daha sadə və asan, həmçinin vətəndaşların müxtəlif sahələrdə ideyalarının reallaşması mümkün olacaq”.

Ləman Sərraf


Bənzər xəbərlər