media-inshot_20260422_092228086

İran və ABŞ arasında atəşkəsin müddəti yenidən uzadılıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Pakistanın xahişi ilə İran razılaşma təklifini təqdim edənə qədər atəşkəsin uzadılması qərarına gəldiyini açıqlayıb.

İranın parçalandığını deyən Tramp bildirib:

“İran rəhbərliyinin ciddi şəkildə bölündüyünü nəzərə alaraq və marşal Asim Munirin və Pakistanın Baş naziri Şahbaz Şərifin xahişi ilə bizdən İran liderləri və nümayəndələri birgə təklif təqdim edənə qədər hücumumuzu dayandırmağımız istəndi. Buna görə də ordumuza blokadanı davam etdirməyi və hər cəhətdən hazır olmağı tapşırdım; nəticədə, (İranın) təklifi təqdim olunana və danışıqlar bir şəkildə başa çatana qədər atəşkəsi uzadacağam”.

Pakistanın Baş naziri Şahbaz Şərif isə Donald Trampa İranla müvəqqəti atəşkəsin uzadılması tələbini qəbul etdiyinə görə təşəkkür edib.

Xatırladaq ki, ABŞ və İsrailin İrana fevralın 28-də birgə hücumu nəticəsində Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyatlara başlanılıb. 40 gün davam edən müharibədə tərəflər xeyli itkilər versə də, aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ, İran və İsrail arasında 2 həftəlik atəşkəs əldə olunub.

Atəşkəsdən sonra sülh əldə etmək məqsədilə Pakistanın paytaxtı İslamabadda danışıqlar aparılsa da, ABŞ-nin vitse-prezidenti Vens İranla danışıqların razılığa gəlinmədən başa çatdığını bildirib. Növbəti danışıqlar isə ABŞ-nin Oman körfəzində İrana məxsus gəmiləri ələ keçirdiyinə görə İranın imtina etməsinə səbəb olub. Aprelin 21-də başa çatan atəşkəsin müddəti isə Trampın razılığı ilə yenidən uzadılıb.


Bənzər xəbərlər