media-640x340_sc_000-46t33wc

Pakistan hökuməti ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərmək niyyətindədir.

Patrulaz.az “BBC”yə istinadəm xəbər verir ki, rəsmi açıqlamada Trampın Hindistan-Pakistan böhranı zamanı qətiyyətli diplomatik müdaxiləsi səbəbindən bu mükafata layiq olduğu bildirilib.

“O, əsl sülhməramlı kimi strateji uzaqgörənlik nümayiş etdirdi”,- deyə “X” platformasında qeyd olunub.

Hindistan isə ABŞ-nin vasitəçiliyini rədd edərək, üçüncü tərəfin müdaxiləsini istəmədiyini bildirib.

Pakistan parlamentində bu addım dəstəklənsə də, ABŞ-dəki səfir Maleeha Lodhi bunu “milli ləyaqətə zidd” adlandırıb.

Qeyd edək ki, Nobel Sülh Mükafatı qalibi oktyabrda açıqlanacaq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər