Pakistan zirvəsindən eniş edən çinli alpinist faciəvi şəkildə öldü
Çinli alpinist Quan Jing Pakistanda dünyanın ikinci ən yüksək zirvəsi olan K2-dən enişi zamanı faciəvi şəkildə həlak olub.
Patrulaz.az “The Express Tribuna”ya istinadla xəbər verir ki, hadisə alpinistin qayalara çırpılması nəticəsində baş verib.
Məlumata görə, o zirvədən eniş edərəkən qayaların altında qalaraq həlak olub. Pakistan xilasediciləri onun cəsədini götürmək üçün hava şəraitinin yaxşılaşmasını gözləyirlər.
Pakistan Alp Klubunun məlumatına görə, Quan yay dırmanma mövsümündə ölən dördüncü alpinistdir. O, faciəli enişdən əvvəl K2 zirvəsinə çatan 30 alpinistdən biri olub.
Qeyd edək ki, Pakistan-Çin sərhədində yerləşən, 8 611 metr hündürlüyə malik K2 zirvəsi Everestdən 238 metr aşağı olsa da, relyefinə görə çətin və təhlükəli ərazi sayılır.
Gülbəniz Səfərova






