Pakistanda hökumət helikopteri qəzaya uğradı
Pakistanın Çilas şəhərində hökumətə məxsus helikopter qəzaya uğrayıb.
Patrulaz.az “Mehr News”a əsasən xəbər verir ki, hadisə nəticəsində iki pilot və üç texniki heyət üzvü olmaqla 5 nəfər həlak olub.
Məlumata görə, qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur. Belə ki, helikopter sınaq enişi həyata keçirərkən qəzaya uğrayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.






