media-inshot_20250722_222332964

Pakistanda arasıkəsilməz yağışlar nəticəsində ölənlərin sayı pik həddə çatıb.

Patrulaz.az “The Express Tribune”a istinadən xəbər verir ki, Pakistanda musson mövsümünün başlanmasından bəri güclü leysan yağışları, daşqınlar və tufanlar nəticəsində 242 nəfər həlak olub, 600-ə yaxın şəxs isə yaralanıb.

Məlumata görə, ən çox tələfat Pəncab əyalətində qeydə alınıb. Burada ümumlikdə, 135 nəfər həlak olub.

İslamabadda dördü uşaq olmaqla altı nəfəri sel aparıb. Fəlakət nəticəsində 854 evə ziyan dəyib, 200-dən çox heyvan tələf olub.

Rəsmilər bildiriblər ki, son 24 saatda əlavə 21 ölüm və 6 yaralanma baş verib.

Qeyd edək ki, bölgədə leysan yağışları davam edir və xilasetmə işləri fasiləsiz şəkildə aparılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər