Pakistanda sabiq baş nazirinin təşkil etdiyi mitinqdə PARTLAYIŞ - Ölənlər var
Pakistanın Bəlucistan əyalətində mitinq zamanı partlayış baş verib.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, 17 nəfər yaralanıb.
Polis rəsmiləri bildirir ki, partlayış əyalətin paytaxtı Kvettadakı Şahvani stadionunun qarşısında, mitinq bitdikdən dərhal sonra baş verib.
Yaralılar polis və şəxsi avtomobillərlə xəstəxanalara aparılıb. Partlayışın səbəbi məlum deyil.
Qeyd edək ki, sözügedən mitinq Bəlucistanın keçmiş baş naziri Sərdar Axtar Menqalın rəhbərlik etdiyi Bəlucistan Milli Partiyası tərəfindən təşkil olunub.






