Parisdə “könüllülər koalisiyası” sammiti: Uçuş problemlərinə baxmayaraq Avropa liderləri Ukrayna üçün bir araya gəldi
Parisin Yelisey sarayında Ukrayna və “könüllülər koalisiyası”na daxil olan ölkələrin liderləri, həmçinin Avropanın yüksək səviyyəli rəsmilərinin danışıqları başlayıb.
Patrulaz.az “Frace24″ə istinadən xəbər verir ki, görüşdə Ukrayna prezidenti Vladimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Finlandiya prezidenti Sauli Niinistö, Danimarkanın Baş Naziri Mette Frederiksen, Polşanın Baş Naziri Donald Tusk və ABŞ elçisi Witkoff iştirak ediblər.
Görüşdə digər ölkələrin liderləri isə video vasitəsilə qoşulacaq və ABŞ Prezidenti Donald Trampa zəng də planlaşdırılır.
Sammitin əsas məqsədi Ukraynaya dəstəyin gücləndirilməsi və sülh prosesinə təzyiqin artırılmasıdır.
Sammitdə İspaniyanın Baş Naziri Pedro Sançes isə təyyarə problemi səbəbindən iştirak edə bilməyib. Məlumata görə, Sançesin təyyarəsi Parisə uçduqdan sonra qısa müddət ərzində Madridə qayıtmalı olub. Buna görə də o, toplantıya onlayn şəkildə qoşulmalı olacaq.
Buna səbəb baş nazir və digər nazirlərin istifadə etdiyi rəsmi təyyarələrin köhnə olmasıdır və bu səbəblə bir neçə dəfə texniki nasazlıqla üzləşiblər.
Xatırladaq ki, bundan əvvəl Ursula fon der Leyenin təyyarəsində problemlər yaranmış, Litva prezidenti Gitanas Nauseda isə pilotsuz uçan aparat aşkarlanması səbəbi ilə yerə enə bilmədiyi bildirilmişdi.






