Paşinyan Rusiyaya səfər edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiya Federasiyasına iki günlük işgüzar səfərə yola düşəcək.
Patrulaz.az Yerli KİV-ə istinadla xəbər verir ki, Paşinyan səfər çərçivəsində Rusiya Federasiyasının Altay Respublikasında keçiriləcək Təbiət və Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konfransda iştirak edəcək.
Səfərin əsas məqsədi ekoloji məsələlər üzrə beynəlxalq əməkdaşlığın müzakirəsidir.






