media-inshot_20260330_155218492

Ermənistanın baş naziri Nikol Paşinyan iyunda keçiriləcək parlament seçkilərində rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasından hökumət başçısı postuna namizəd göstərilib.

Patrul.az xəbər verir ki, “Partiya yoldaşlarıma mənə Ermənistan Respublikası baş naziri namizədliyi şərəfi verdikləri üçün təşəkkür edirəm”, – deyə Nikol Paşinyan partiyanın iki mərhələli daxili seçkilərinin yekunlarına dair özünün “Telegram” kanalında yazıb.

Qeyd edək ki, Nikol Paşinyan 2018-ci ilin mayındam Ermənistanın baş naziri vəzifəsini icra edir. 2021-ci ildə o, erkən seçkilərdən sonra yenidən seçilib. Ölkədə növbəti parlament seçkiləri 7 iyun 2026-cı ildə keçiriləcək.


Bənzər xəbərlər