media-inshot_20250806_222948975

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın sosial şəbəkədə etdiyi paylaşımı müzakirələrə səbəb olub.

Patrulaz.az xəbər verir ki, Anna şəxsi “Facebook” səhifəsində növbəti dəfə oxuyacağı kitabın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Daha ədalətli dünya mümkündür” adlı əsərin olduğunu bildirib.

Akopyanın bu paylaşımını, xüsusilə erməni revanşist dairələri narazılıqla qarşılayıb. Bəzi istifadəçilər isə bunu “siyasi jest”, digərləri isə “trollama” kimi qiymətləndiriblər.

Xatırladaq ki, keçən ilin sentyabrın 25-i tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı “Türk evi”ndə Paşinyana “Daha ədalətli dünya mümkündür” adlı kitabını hədiyyə etmişdi.

media-inshot_20250806_222652337


Bənzər xəbərlər