"Bu platformada heçvaxt məlumatınız..." - Pavel Durov "telegram"ın etibarlılığı barədə danışdı
“Telegram” platformasının yaradıcısı Pavel Durov tətbiqin etibarlılığı ilə bağlı mühüm açıqlama verib.
Patrul.az xəbər verir ki, Durov özünün “X” hesabında paylaşım edərək bildirib ki, platformanın bütün fəaliyyəti dövründə heç vaxt bir bayt belə istifadəçi çat məlumatı üçüncü tərəflərə təqdim edilməyib.
Durov qeyd edib ki, platforma yarandığı gündən məxfilik prinsipinə sadiq qalıb və bu mövqedə heç bir dəyişiklik olmayıb.
Xatırladaq ki, Pavel Durov bundan əvvəl “WhatsApp”ì idarə edən “Meta” şirkətinin sahibi Mark Zukerberqin platformasının etibarsız olduğunu da qeyd edib. O, Zukerberq barədə sərt ifadə işlədərək bunları deyib:
“Bu gün “”WhatsApp”ın sahibi gizlicə 4 minə deyil, “WhatsApp”ın şifrələməsinə etibar edən 4 milyard axmaqa gülür”.
Qeyd edək ki, amerikalı milyarder İlon Mask da “WhatsApp”ın təhlükəli olduğunu vurğulayaraq istifadəçiləri alternativ olaraq “X Chat”dan istifadə etməyə çağırmışdı.
Gülbəniz Səfərova






