media-inshot_20251208_190511718

Son günlər Azərbaycanda ard-arda ağır itkilərlə nəticələnən yol qəzalarının sayı artıb. Payız mövsümünün başlanması ilə ağır nəticəli hadisələrin sayı artır, ailələr faciələrlə üz-üzə qalır. Biləsuvarda və Qobu qəsəbəsi ərazisində baş verən iki ayrı qəza nəticəsində ümumilikdə 8 nəfərin həyatını itirməsi cəmiyyətdə ciddi həyəcan doğurub.

Bəs ölkəmizdə ard-arda baş verən bu faciəvi yol qəzalarının əsas səbəbləri hansılardır?

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Patrul.az-a açıqlamasında bildirib ki, payızda artan qəzalar göstərir ki, 90 km/saat sürət həddi qorunsa belə, idarəetmə, ara məsafəsi, sürücülük bacarığı və yol infrastrukturundakı çatışmazlıqlar faciələrə səbəb olur:

media-img-20251208-wa0051

“Payız olur, yenə qəzaların, ailə faciələrinin sayı artır. Biləsuvardakı hadisə və Qobu qəsəbəsi ərazisindəki qəza nəticəsində 8 nəfər həyatını itirib. Allahdan ailələrinə səbr arzulayıram. Atasız qalan balalarını gələcəkdə hansı məşəqqətlərin gözlədiyini fikirləşəndə gözüm qaralır.

Hadisələri analiz edərkən daha çox qəza, ölüm və ağır yaralanma riskini, sonradan vəfat etmə ehtimalını görürük:

– İdarəetmənin itirilməsi;

– Ara məsafəsinin düzgün seçilməməsi;

– Nəqliyyat vasitəsini idarəetmə bacarığının olmaması – əlin rula yatmaması;

– Yola çıxma vaxtının düzgün seçilməməsi;

– Yol infrastrukturu ilə tanış olmamaq;

– Yol infrastrukturunun daha çox əks etdirici elementlərlə təmin edilməməsi. Məsələn, körpünün rəng əks etdirici boyalarla işarələnməsi.

Sürət həddi rejimi gözlənilsə belə, bunlar vacib elementlərdir. Qeyd etdiklərim 90 km/saat sürət həddinə də aiddir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər